Rocersdən xilas olduğu üçün Allaha şükür edir
15.03.2013 - 04:48
“Liverpul”da keçirdiyi yarım mövsümlük macərasında sonra sabiq komandası Dotmund “Borussiya”sına qayıdan Nuri Şahin maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu ingilis klubunda uğursuz çıxış etmədiyini və komandanın çalışdırıcısı Brendan Rocersin onu səhv bir mövqedə oynatdığını bildirib.
Türkiyə milli komandasının üzvü Liverpul təmsilçisinin baş məşqçisindən xilas olduğu üçün sevinir: “Liverpul”da uğursuz olmadım. Brendan Rocers məni “10 nömrə” mövqeyində oynatmaq istəyirdi. Amma mən hücumçunun arxasında çıxış edə bilmirdim. Onunla bu haqda söhbət etdim və məni niyə orada oynatdığını soruşdum. O mövqe mənə yad olan bir yer idi. Rocers heç cavab belə vermədi. Buna görə peşman olmadım. Bəlkə ora getməsəydim Dotmund “Borussiya”sına geri qayıtmaq şansım olmayacaqdı. Bu baxımdan xoşbəxtəm. Amma Allaha çox şükür Brendan Rocersdən xilas oldum”.

0
0