“Fənərbaxça” “Qalatasaray”ın rekordunu yeniləyəcək
15.03.2013 - 05:55
Avropa Liqasının 1/8 finalının cavab oyun günündə “Viktoriya” ilə 1:1 hesablı bərabərə qaldıqdan sonra növbəti mərhələyə keçən “Fənərbaxça” mövsümün sonunda Türkiyə futbol tarixinə adını yazdıracaq. Apasport.az saytının məlumatına görə, buna İstanbul klubunun bu mövsüm 60 matçda meydana çıxması səbəb olacaq.
Belə ki, 2012-2013 mövsümünün əvvəlində “Qalatasaray”la Türkiyə Super kubokunda üz-üzə gələn “sarı bülbüllər” daha sonra 25 ölkə çempionatında, 8 ölkə kubokunda və 14 avrokubok matçında mübarizə aparıb. Cəmi 47 rəsmi oyunda meydana çıxan “Fənərbaxça” mövsümün sonunda bu görüşlərinin sayını 60-a çıxaracaq. Bundan sonra istanbulluların 9 Superliqa, 2 ölkə kubokunun yarımfinal matçı və 2 Avroliqa oyunu qalıb.
Beləliklə, bir mövsümdə 60 matç keçirəcək olan “Fənərbaxça” Türkiyə futbol tarixinə düşəcək.
Qeyd edək ki, daha əvvəl bu rekord “Qalatasaray”a aiddir. “Cim-Bom” bir mövsümdə (1999-2000) 58 qarşılaşmada meydana çıxıb.

0
0