AVRO-2020-yə daha bir namizəd
15.03.2013 - 09:22
AVRO-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün daha bir şəhər namizədliyini irəli sürüb. Apasport.az saytının məlumatına görə, Almaniyanın paytaxtı Berlin də Avropanın 13 müxtəlif şəhərində keçiriləcək yarışı qəbul etməyə hazırdır. Berlin namizədliyi irəli sürülən 3-cü Almaniya şəhəridir. Bunadək Dortmund və Ştutqart da iddiaçılar sırasına qoşulmuşdu. Bundan başqa Hamburq və Helzenkirhen də bu mübarizəyə qatılmaq niyyətindədir. Berlinin əsas üstünlüyü 74 minlik Olimpiya stadionunun olmasıdır.
2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrip mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək. Hər ölkə 2 sifariş edə bilər. Birincisi standart – 12 şəhərdən biri olmağa, digəri isə həlledici matçlar üçün.
Qeyd edək ki, AFFA tərəfindən Bakının da bu şəhərlərdən biri olmağa namizədliyi verilib.

0
0