“Fənərbaxça” və “Rubin” üçün çətin rəqiblər
15.03.2013 - 15:54
Bu gün Avroliqada 1/4 final mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Çempionlar Liqasında təmsilçisi “Qalatasaray” kimi Avroliqada oynayan “Fənərbaxça”ya da çətin rəqib düşüb.
Belə ki, İstanbulun digər təmsilçisi də “Böyük Beşlik” təmsilçisi – “Latsio”ya rəqib olub. “Qalatasaray”dan fərqli, “Fənər”in ilk oyununu evdə keçirməyi işini daha da çətinləşdirir.
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun heyətində olduğu “Rubin”in bəxti heç gətirməyib. Belə ki, kazanlılar turnirin ən yüksək reytinqi olan komandanı, ÇL-nin son qalibi “Çelsi”ni keçməlidir. Ruslan yarış üçün sifariş olunmasa da, komandası ilə Londona, məşhur “Stemford Bric”ə səfər edəcək.
Qeyd edək ki, ÇL-də olduğu kimi, Avroliqada da yarımfinalın püşkü apreldə olacaq. 1/4 final matçları gələn ayın 4-də və 11-də keçiriləcək.
“Çelsi” (İngiltərə) - “Rubin” (Rusiya)
“Tottenhem” (İngiltərə) - “Bazel” (İsveçrə)
“Fənərbaxça” (Türkiyə) - “Latsio” (İtaliya)
“Benfika” (Portuqaliya) - “Nyukasl” (İngiltərə)

0
0