“Qəbələ”dən İngiltərə yığmasına - FOTO
15.03.2013 - 11:01
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams İngiltərə millisinə cəlb olunur. Apasport.az saytının məlumatına görə, London “Arsenal”ının canlı əfsanəsi ölkəsinin U-19 yığmasına dəvət alıb.
46 yaşlı mütəxəssis komandada Noel Bleykin köməkçisi olmalıdır. İngiltərə Futbol Assosiasiyasının təklifinə əsasən, Adams bu funksiyanı hələlik 1 matçlıq yerinə yetirməlidir. O, martın 21-də Türkiyə ilə yoxlama oyununda 5 ildir U-19-a rəhbərlik edən Bleykə kömək etməlidir. Əgər Adams təklifi qəbul edərsə, yığma ilə sonrakı əməkdaşlıq matçdan sonra müzakirə olunacaq.

0
0