Rövnəq Abdullayev: Bəyəm, mən onlara iş tapmalıyam? MÜSAHİBƏ
15.03.2013 - 12:30
AFFA prezidenti Rövnəq Abdullayev bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri AFFA-nın hesabat xarakterli Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.
- Milli komanda dünya reytinqində “100-lük”dən yuxarı qalxa bilmir. Üstəlik, futbolçularımız Lüksemburqla heç-heçə etsələr, bunu pis nəticə saymayacaqlarını deyir...
- Lüksemburqu asan komanda saymayın. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Bizim özümüz hələ o səviyyədə deyilik. Heç güclü komandalar da rəqiblərinə yuxarıdan aşağı baxmır. İkincisi, reytinq boş şeydir. Əvvəllər “90-lıq”da olmuşuq. Əsas reytinq yox, oyun göstərməkdir. Rusiyada da, Portuqaliyada da, Şimali İrlandiyada da milli komanda yaxşı oyun göstərib. Yığmada gənclərə üstünlük vermək lazımdır. Gənclər çalışırlar, bu baxımdan irəliləyiş var. Onların mübarizliyini Şimali İrlandiyada da, Portuqaliyada da gördüz. Komanda uduzanda da, ona azarkeşlik etmək lazımdır. Gənclər əsgər kimidir. Onlar da belə dəstəkdən ruhlanıb yaxşı oyun göstərərlər. Hərdən görürəm ki, azarkeşlər “istefa” və “bir daha” şüarlarını qışqırır. Pis oynayanda “istefa” qışqırırlar, komanda hücuma keçən kimi isə bunu “bir daha” sözü ilə əvəz edirlər. Belə azarkeşlik olmaz. Nəyi bacarırıqsa, bunu da qəbul etməliyik və çalışmalıyıq ki, milliyə kömək edək. Hamı bir tərəfdən öz köməyini göstərsə, o gənclərdə də milli ruh oyunlar zamanı özünü göstərər. Uduzanda da, azarkeşlik etməliyik ki, onlar arxasında vətəni hiss edib irəli getsin. Hamımızda bir az da olsa vətənpərvərlik olmalıdır. Yoxsa kənardan durub o gəncləri söymək, onları qırmaq olmaz.
- AFFA futbolun kütləviliyinə çalışır. Ancaq son zamanlar “Turan” və “Kəpəz” kimi komandalar paytaxtda çıxış etməklə Bakı çempionatı formalaşıb. Həmin komandaların ev stadionlarının təmirə bağlanması mövsümlərarası fasilədə olmazdı?
- AFFA klubları Bakıya gətirmir. Əksinə biz pul tapıb onların maliyyə durumunu yüksəldirik. Əslində heç bir ölkədə federasiyanın klublara maliyyə ayırması kimi vəziyyətə rast gəlməzsiz. Gözəl bir şeydir ki, bütün klublar yığışıb UEFA tərəfindən onlara ayrılan uşaq futbolunun inkişafı üçün verilən pulu “Turan” və “Kəpəz”də stadionun təmirinə ayırmağa razılıq verdi. Klublara buna görə minnətdarlıq edirəm. Zaman göstərdi ki, infrastruktur olmayan yerdə futbol inkişaf edə bilməz. Biz də imkan daxilində klublara yardımımızı edirik.
- Böyük Şor qəsəbəsində martın 1-dən stadion inşa olunmağa başlanılıb. Türkiyə mətbuatı inşa olunan stadiona 640 milyon dollar xərclənəcəyini iddia edib. Bu, həqiqəti əks etdirir?
- Bu məsələlərə ötən ilin sonlarından başlanılıb. Bu, iddia deyil. Kim kimə iddia irəli sürə bilər ki? 640 milyon dollara “Open Book” deyilən açıq müqavilə bağlamışıq. Bildiyiniz kimi, Avropa Olimpiya Oyunlarında namizədlikdə qalib gəldikdən sonra bu stadionda oyunların keçirilməsi gündəmə gəldi. Bizim bu stadion yüksək səviyəllidir. London Olimpiya stadionu ilə bu arenanın texniki-maliyyə göstəricilərini müqayisə etmişik. Deyərdim ki, ondan geridə yox, əksinə irəlidədir. 620, 640 və ya 700 milyon dollar inşaat üçün xərclənə bilər. Bu, gündəlik xərclərdən asılı olacaq.
- AFFA məşqçilərlə bağlı kurslar keçirsə də, onların əksəriyyəti işsizdir...
- Bəyəm, mən onlara iş tapmalıyam? Onlar özlərinə iş tapmalıdır. Elit məşqlər ölkəmizin bütün rayonlarında təşkil olunur. Bütün məktəblərdə məşqlər keçmək üçün müəllim tuturuq. Bütün aşağı yaş qruplarında, I divizionda və Premyer Liqada məşqçilər fəaliyyət göstərir. Daha bu məşqçilər üçün ayrıca nə etməliyəm? Kimin bacarığı varsa, o da irəli gedir. Biz onlar üçün şərait yaradırıq. Qalanı isə məşqçinin özündən asılıdır.
- İdman Araşdırmalar Mərkəzinin çempionatın və kubokun formatı ilə bağlı təklif etdiyi yeni sistem haqda nə deyə bilərsiz?
- Bununla bağlı məsələyə İcraiyyə Komitəsində baxacağıq. Köklü qərarlar olmalıdır. Premyer Liqada olan 21 yaşadək futbolçu oynadılması məsələsi I divizionda da tətbiq olunacaq. Bununla əsas məqsədimiz gənc futbolçuların Premyer Liqa və I divizionda oynamasını təmin etməkdir. Artıq elitada bu qərar tətbiq olunur. İndi isə aşağı dəstədə də bunu icra etmək istəyirik. Çünki 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatını keçirəcəyik. Bunun üçün də həmin vaxta kimi 15, 17 yaşlı gəncləri yetişdirməliyik.

0
0