Qurban Qurbanov bəyənmədi, əfsanə yanına çağırdı
15.03.2013 - 12:02
Qurban Qurbanov bəyənmədi, əfsanə yanına çağırdı
“Qarabağ”ın sabiq futbolçusu Mostafa Afroto özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ötən yay ölkəmizə gələn misirli legioner 6 aylıq Azərbaycan karyerasından sonra yenidən vətənində çıxış edəcək.

Cari mövsüm Topaz Premyer Liqasında cəmi 4 oyun keçirən 23 yaşlı yarımmüdafiəçi “Əl-Makasa”da oynayacaq. “Qarabağ”dan ayrılan futbolçu yeni komandasına azad agent statusu ilə keçib.

Qurban Qurbanovun bəyənməyərək 18 tur ərzində 65 dəqiqə şans verdiyi Afrotonu yanına çağıran isə əfsanəvi Hossam Hassandır. Misir yığmasında 169 oyun keçirməklə dünyanın millidə ən çox oyun keçirən 4 rekordçusundan biri olan veteran hazırda “Əl-Makasa”nın baş məşqçisidir.