Topaz Premyer Liqasının formatı dəyişdi
15.03.2013 - 12:45
Topaz Premyer Liqasının formatı dəyişdi
Topaz Premyer Liqasının formatı dəyişib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin hazırda keçirilən iclasında verilib.

Belə ki, 2013/14 mövsümündən “altılıq” sistemi ləğv olunacaq. Komandaların sayı da 12-dən 10-a endiriləcək.

Bundan sonra Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq. Klublar 4 dövrə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun indiki formatı dəyişməz qalıb.