“Bakı” – “Atletiko” matçı üçün 3 gün
15.03.2013 - 13:11
“Bakı” – “Atletiko” matçı üçün 3 gün
İspaniyanın “Atletiko” klubunun Azərbaycana gələcəyi tarix müəyyənləşib. Bu barədə apasport.az saytına “Bakı” klubunun prezidenti Hafiz Məmmədov məlumat verib.

O bildirib ki, rəhbəri olduğu klubla yoxlama oyunu keçirmək üçün Bakıya gələcək Madrid təmsilçisinə 3 tarix təklif olunub. “Atletiko”nun seçimindən asılı olaraq, həmin günlərin birində yoxlama matçı baş tutacaq. Bu tarixlər madridlilərin oyunlarının təqviminə əsasən seçilib.

“Bakı” – “Atletiko” oyunu aprelin 17-də, mayın 2-də, ya da mayın 25-də baş tuta bilər. Hazırda ispaniyalılardan tarixlə bağlı yekun qərar gözlənilir.