AFFA I divizionu da unutmadı
15.03.2013 - 13:15
AFFA I divizionu da unutmadı
Ölkə futbolu ilə bağlı bir sıra qərarlar qəbul edən AFFA-nın İcraiyyə Komitəsi I divizionu da yaddan çıxarmayıb. Apasport.az saytının məlumatına görə, aşağı dəstə üçün yenilik tətbiq edilib.

Belə ki, yeni mövsümdən etibarən hər klubun sifariş ərizəsinə 21 yaşı olmayan ən azı 8 futbolçu daxil edilməlidir. Onların neçəsinin meydanda, neçəsinin “18-lik”də olması isə qaranlıq qalıb.