İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar
15.03.2013 - 13:27
İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2013/2014 mövsümündən etibarən Topaz Premyer Liqası 10 komanda ilə 4 dövrəli sistemlə keçirilsin.

2. 2013/2014 mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxsın.

3. Arif Əsədov U-19, Aslan Kərimov U-16 və Patrisiya Qonzales U-19 qızlar Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təsdiq edilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsi yenidən hazırlansın.

http://www.youtube.com/watch?v=TKcWLRenlX8