“Altılıq” sistemi çoxdan ləğv edilməli idi”
15.03.2013 - 14:17
“Əvvəllər də “altılıq” sisteminin tərəfdarı olmamışam. Çünki bu sistemin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də vardı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis bu gün AFFA-nın İcraiyyə Komitəsi Topaz Premyer Liqasının formatını dəyişməsi ilə bağlı qərarına münasibət bildirib: “Fikrimcə, məhz mənfi cəhətlərə görə həmin sistemi yığışdırmaq lazım idi. Çünki ikinci “altılıqda” futbolçular, məşqçilər, rəhbərlik, və azarkeşlər üçün hansısa maraq qalmırdı. Əksinə, oyunçuların, rəhbərlərin əlinin soyumasına səbəb olurdu. Həm də artıq Premyer Liqada zəif komanda yoxdur ki, 30 oyunun hamısında uduzsun. Ona görə də artıq düz qərar verilib. Bəlkə komandalar arasında rəqabəti artırmaq üçün həmin sistem bu vaxta qədər lazım idi. Amma artıq həmin dövr keçib, aşkar autsayder yoxdur”.
Qeyd edək ki, yeni mövsüm “altılıq” sistemi ilə deyil, 10 komandanın iştirakı ilə 4 dövrədən ibarət olacaq.

0
0