“Bakı”dan xal almaq “Neftçi” üçün yaxşı nəticədir” - MÜSAHİBƏ
15.03.2013 - 14:31
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Komandanız çempionatın final mərhələsinə yaxşı başlamadı. Startda “Bakı” ilə 1:1-lik heç-heçəni uğursuz nəticə saymaq olarmı?
- Niyə uğursuz? “Bakı” yaxşı heyətə malik komandadı. Düzdür, onların əsas mərhələdə çıxışları istədikləri kimi alınmadı. Ötən il də belə olmuşdu. “Bakı” ilk “altılığ”a son turda vəsiqə qazandı, ancaq final mərhələsində yaxşı çıxış etdi. “Bakı”dan xal almaq “Neftçi” üçün yaxşı nəticədir.
- Qış fasiləsindən sonra qazanılan ardıcıl 5 qələbə komandada arxayınçılıq yarada bilərmi?
- 2 müdafiəçimiz zədəlidir, bəzi oyunları buraxmalı oldular. Ötən ay isə 8 matç keçirmişik. “Neftçi” sabit heyətlə çıxış etdiyindən, uşaqlarda yorğunluq vardı. Bunlar yorğunluq və ehtiyat oyunçular skamyamızın qısa olması ilə bağlıdır. Problemlərimiz yalnız budur. Artıq Tərlan Quliyev sağalıb, Bruno Bertuçi isə vətənində müalicə olunur. O da yaxın günlərdə komandaya qoşulacaq. Final mərhələsində onların komandaya kömək etməsi çox vacibdir.
- Baş məşqçi Böyükağa Hacıyev son matçlarda Nikolas Kanaleslə bağlı narazılığını bildirmişdi...
- Böyükağa müəllimin baş məşqçi kimi futbolçuya irad bilmək haqqı var. Buna baxmayaraq, Kanales fevral ayının ən yaxşı futbolçusu seçilib. O, mövsümün əvvəlindən həm çempionat, həm kubok, həm də avrokuboklardakı bütün oyunlarımızda 90 dəqiqə forma geyinib. Onda da yorğunluq var. Bir ayda 8 oyun keçirmək doğurdan da ağırdır.
- Qış fasiləsində transfer etdiyiniz qapıçı ehtiyatda qalıb...
- Məqsədimiz ötənilki uğurumuzu təkrarlamaqdır. Bu yolda bizə daha bir qapıçı lazım idi. Çünki Stamenkoviç zədələnə, cəzalana bilər. Onda onu əvəzləmək lazımdı. Gənc qapıçımız var, amma təcrübəsiz olduğundan qapını birdən-birə ona həvalə etmək olmaz.
- İki cəbhədə mübarizə aparırsınız. Oyunların qrafiki də tədricən sıxlaşır. Yorğunluq “Neftçi”yə mane olmayacaq?
- Avrokuboklardan başlayaraq “Neftçi” sıx qrafiklə çıxış edib. Buna öyrəncəli olduğumuzu deyə bilərəm. Əlbəttə, bu komandanın xeyrinədir.
- Bu gün AFFA-nın hesabat konfransı keçirildi. Çıxarılan qərarları necə dəyərləndirirsiniz?
- Hər şey göz qabağındadır. Futbolun inkişafı infrastrukturdan başlayır. Əvvəllər ölkəmizdə stadion çatışmazlığı var idi. Ancaq bu gün inşa edilib istifadəyə verilən arenalara baxdıqca adam fərəh hissi keçirir. Yeniyetmələr, gənclər həmin meydançalarda məşq edirlər. Yaxın 5 ildə Azərbaycan da futbolda öz sözünü deyəcək, nailiyyət əldə edəcək.

0
0