AFFA-nın gəlirləri azalır
15.03.2013 - 16:06
AFFA-nın 2012-ci il maliyyə hesabatı və 2013-cü il üçün büdcə layihəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın bu gün keçirilən Konfransında müzakirə olunan məsələlər hesabatda öz əksini tapıb. AFFA-nın rəsmi saytında yer alan hesabatda gəlirlər, xərclər və başqa maddi məqamlara toxunulub.
Sənədə əsasən 2012-ci il üçün qurumun ümumi gəliri 18 milyon 711 min 673 manata bərabər olub. Xərclər isə 18 milyon 650 min 820 manat təşkil edib.
Proqnozlara əsasən 2013-cü ildə gəlirlər azalaraq 17 milyon 320 min mata enəcək. Elə xərclərin də eyni olacağı gözlənilir. Bu azalma ARDNŞ-ın AFFA-ya ayırdığı vəsaitin məbləğinin aşağı düşməsi ilə bağlıdır. Ötən il quruma 10 milyon 923 min 500 manat ödəyən şirkət bu il elə 10 milyonla kifayətlənəcək.

0
0