Məşhur sima “Qalatasaray”dan çəkindi
15.03.2013 - 16:20
“Real” rəhbərliyi Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray”a rəqib olmasını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, püşkatmada iştirak edən Madrid klubunun direktoru, əfsanəvi futbolçulardan olan Emilio Butragenio ehtiyatlı danışıb.
Keçmiş hücumçu mərhələ öncəsi şansları dəyərləndirməyin çətin olduğunu bildirib: “Qalatasaray” da 1/4 finalda bizim kimi çətinliklər yaşadı. Türkiyədə möhtəşəm atmosferin olduğunu bilirik. Onların çılğın tərəfdarları var ki, bunun da təsiri olacaq. Azarkeşlər “Qalatasaray”ın ilham pərisi olacaq. Ancaq yenə də bu atmosferi keçməyə çalışacağıq. Daha öncə 2002-ci ildə Türkiyədə 2:3 hesabı ilə udmuşduq, ancaq Madriddə 3:0 hesabı ilə qalib gəlmişdik. Rəqibin Droqba və Sneyder kimi güclü oyunçuları var. Yarımfinala çıxmaq üçün mübarizə aparacağıq”.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0