Anar Bəkirov: Rasim Ramaldanov qovula bilər - MÜSAHİBƏ
15.03.2013 - 17:31
“Simurq” klubunun prezidenti Anar Bəkirovun apasport.az saytına müsahibəsi
- Komandanızın kapitanı Rasim Ramaldanovla bağlı yekun qərarınız necə oldu?
- Bu məsələ hələlik açıq qalıb. Yekun qərar verilməyib. Yaxın 1-2 gün ərzində hər şey aydınlaşacaq.
- Ramaldanovun əvəzedici komandaya göndərildiyi barədə xəbərlər yayılıb...
- Elə bir şey yoxdur. Ramaldanov hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışındadır.
- Bəs bu qədər gec qərar verməyiniz nə ilə bağlıdır?
- Onun qarşısına müəyyən şərtlər qoyulub. Yaxın günlərdə Rasimlə görüşəcəyik. Bundan sonra yekun söz deyiləcək.
- Ramaldanov komandadan kənarlaşdırıla bilər?
- Hər şey ola bilər. Sadəcə, bir qədər gözləmək lazımdır.
- Sizin onu söydüyünüz deyilir...
- Xeyr, hansısa söyüş olmayıb. Mən komandadan heç-heçə etmələrinin səbəbini soruşdum. Klub rəhbəri kimi tələb etmək haqqımdır. “Kəpəz” rəhbərliyi məndən inciməsin, indiki vəziyyətdə onlarla heç-heçə etmək nə dərəcədə gözlənilən nəticədir?
- Antalya toplanışı zamanı digər oyunçunuz İlkin Qırtımovun intizamsızlığı haqda yazılmışdı. Onunla bağlı hansısa ölçü götürüldümü?
- Orda düzgün məlumat verilməmişdi. Futbolçu ilə söhbət etdik. Onu rejimi pozduğuna görə cəzalandırdıq.
- Komandanın çıxışı necə, sizi qane edirmi?
- Hazırda üçüncü pillədə qərarlaşmışıq. Bizim üçün sevindirici haldır ki, bir il ərzində belə güclü komanda formalaşdıra bildik. Qarşıda 9 oyunumuz var. Nəticələrin necə olacağını bilmirəm. Ancaq hazırkı məqamda “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi komandaları geridə buraxmaq, “Qarabağ” kimi iddialı komandanı məğlub etmək xoşdur.
- Qış fasiləsindən sonra “Simurq” qələbə üzünə həsrət qalmışdı. “Qarabağ”la matçda bu uğursuzluğa son qoyuldu. Səbəbini araşdırdınızmı?
- “Kəpəz”lə oyundan sonra baş verənlər də bu gərginlikdən yaranmışdı. Həm mən, həm də futbolçular əsəbi idi. Onlarla danışdıqdan sonra müsbət nəticə əldə etdik. Görünür, söhbətimizin təsiri olub.
- “Simurq”un avrokuboklara vəsiqə qazanmaqda maraqlı olmadığı deyilir. Nə dərəcədə düzgün məlumatdır?
- Düzgün deyil. Əksinə, futbolçuları stimullaşdırmaq üçün mükafat fondu da ayırmışıq. Avrokuboklara vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq.

0
0