“Danışılmış oyunların formata dəxli yoxdur” - MÜSAHİBƏ
16.03.2013 - 00:01
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- AFFA-nın İcraiyyə Komitəsi Topaz Premyer Liqasının formatını dəyişməsi ilə bağlı qərar qəbul edib. Yeni mövsüm “altılığ” sistemi ilə deyil, 10 komandanın iştirakı ilə 4 dövrədən ibarət olacaq. Buna münasibətiniz necədir?
- Mən əvvəldən də “altılıq” sisteminin tərəfdarı olmamışam. Çünki bu sistemin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Fikrimcə, məhz mənfi cəhətlərə görə həmin sistemi yığışdırmaq lazım idi. Çünki ikinci “altılıq”da futbolçular, məşqçilər, rəhbərlik, və azarkeşlər üçün hansısa maraq qalmırdı. Əksinə, oyunçuların və rəhbərlərin əlinin soyumasına səbəb olurdu. Həm də artıq Premyer Liqada zəif komanda yoxdur ki, 30 oyunun hamısında uduzsun. Ona görə də artıq düz qərar verilib. Bəlkə komandalar arasında rəqabəti artırmaq üçün həmin sistem bu vaxta qədər lazım idi. Amma artıq həmin dövr keçib, aşkar autsayder yoxdur.
- Yeni format danışılmış oyunlar üçün haradasa “yaşıl işıq” yandıra bilərmi?
- Məncə, danışılmış oyunların formata dəxli yoxdur. “Altılıq”, dairəvi, olimpiya və s sistemlərdə əgər danışılmış oyunlar olacaqsa, deməli, olacaq. Əgər mümkün deyilsə, elə də qalacaq.
- Hazırda turnir cədvəlində son 2 pillədə “Turan” və “Kəpəz” qərarlaşıb. Sizə seçim verilsəydi, bu və ya hansı klubların gücünə və büdcəsinə görə Premyer Liqada qalmasını istəməzdiz?
- Hansınısa demək etikaya ziddir. Çünki onların hər birinin arxasında öz azarkeşi durur. Həmçinin, rəhbərliyi və futbolçusu var. Hər hansını “fərqləndirmək” hörmətsizlik olar.
- Amma vaxtılə çalışdırdığını “Kəpəz” demək olar ki, Premyer Liqanı yola verir, olan nüfuzunu da itirir...
- Məncə, bu “Kəpəz”in deyil, futbola hansısa dərəcədə rəhbərlik, idarəçilik edən şəhər, federasiyanın günahıdır. “Kəpəz” futbolçu oynamırsa, neyləsin? Bunun da hansısa səbəbləri var. Ən başlıca səbəb isə bu gün hər sahədə olduğu kimi maliyyə problemləridir.
- Azərbaycan millisini martda Lüksemburq və Portuqaliya yığmaları ilə oynayacaq. Bu matçlardan nə gözləyirsiz?
- Fikrimcə, bu gün Azərbaycan yığması ilə bağlı hansısa proqnoz verilmək düzgün deyil, real görünmür. Komandamız meydana çıxıb elə bir oyun göstərər bilər ki, Portuqaliyanı belə məğlub yola salaq. Yaxud da Lüksemburqa böyük hesabla uduzaq. Stabil oynamadığımız üçün hansısa proqnoz vermək də çətindir. Kağız üzərində baxdıqda isə Azərbaycan millisi ən azı 3 xal götürməlidir. Portuqaliya ilə oyunda da motivasiyamız güclü olacaq. Kifayət qədər azarkeş görüşü izləyəcək. Amma mənə elə gəlir ki, onların ustalığı hər şey deməkdir.
- Müəyyən müddətdir işsizsiz. Hansısa təklif varmı?
- Yox, hələlik hansısa yenilik yoxdur.

0
0