Lippert Hacıyevə cavab verdi: “Neftçi” sevinsin ki... - MÜSAHİBƏ
16.03.2013 - 00:03
AFFA-nın texniki direktoru, 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Bernhard Lippertin apasport.az saytına müsahibəsi
- AFFA hesabat xarakterli Konfransında iştirak edirdiz. Konfransın gedişi haqda nə deyə bilərsiz?
- Konfrans azərbaycanca keçirildiyindən, deyilən hər şeyi başa düşmürdüm. Ancaq fikrimcə, maraqlı oldu. Konfrans iştirakçıları ilə görüşəndə onların burdan razı ayrıldıqlarını gördüm. Burda infrastruktur, gənclərin futbol təhsilinə dair hesabat təqdim olundu. Düşünürəm ki, biz düzgün yoldayıq.
- Siz bütün aşağı yaş qruplarından ibarət komandalara nəzarət edirsiz. Onların yoldaşlıq görüşlərindəki nəticələri haqda nə deyə bilərsiz?
- Düşünürəm ki, U-21 düzgün istiqamət götürüb. Son seçmə mərhələdə yaxşı nəticələrimiz oldu. Bu, son 10 ilin ən yaxşı U-21-idir. U-19-da isə nəticələr yaxşı olmayıb. Deyərdim ki, ötən il bu baxımdan dəhşətli il oldu, uğurlarımız olmadı. Ancaq indi yeni heyətimiz var. Arif Əsədov komandaya rəhbərlik edir. Bu komanda yeni məşqçilərlə inkişaf edə bilər. Türkiyədəki hazırlıqlarda yaxşı işlər görüldü. Nəticələr o qədər də yaxşı olmasa da, inkişaf baxımından irəliləyiş hiss olunur. U-17 də ötən il seçmə mərhələdə yaxşı nəticə ilə yadda qalmadı. Yunanıstandakı turnirdə İsrailə uduzsalar da, nəzərə almaq lazımdır ki, Nikolay Adam qısa müddətdir, bu komandaya rəhbərlik edir. Məşqçilər yeni futbolçularla hazırlıq keçir, onları çempionat oyunlarından və ya elit məşq layihəsindən komandaya cəlb edir. Sentyabrda seçmə mərhələnin oyunları U-17-ni gözləyir. Məni nəticələr maraqlandırmır. Ancaq bilirəm ki, 2 ildən sonra minimum 1 komandamız elit mərhələdə mübarizə aparacaq.
- Həm də U-21-in baş məşqçisiz. Komandanızın gələcək planları necədir?
- Biz bazar günü Avstriyaya gedəcəyik. Orda Gürcüstanla Albaniyanın U-21-ləri ilə və Avstriyanın elita klublarından biri ilə oyunumuz olacaq. Bu, bir turnir olacaq. Bundan başqa, Makedoniyaya da gedəcəyik. Ora da yeni oyunçular dəvət edəcəm. Ümid edirəm ki, həmin vaxt hücumçu və qapıçı problemi ilə üzləşməyəcəm. Bizdə qapıçı kimi yalnız Andrey Popoviç var. Bildiyiniz kimi, o da klubunda yaxınlarda müəyyən problemlə üzləşmişdi.
- Axı sizdə “Neftçi”nin qapıçısı Emil Balayev də var…
- Emil inkişaf etməkdədir. Ancaq onun beynəlxalq oyun təcrübəsi yoxdur. Özünüz yaxşı bilirsiz ki, “Neftçi”nin əvəzedicilərində çıxış etməklə Premyer Liqada oynamaq arasında böyük fərq var.
- Avstriyaya “Neftçi”dən 8 futbolçu aparacaqsız. Ancaq “Bakı” ilə oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev sizi tənqid edib…
- Bəyəm pis iş görmüşəm? Mən ən yaxşı futbolçuları heyətə cəlb etməyə çalışmışam. Mənim üçün hansı klubdan daha çox futbolçunun götürülməsi maraqlı deyil. Əsas daha çox keyfiyyətli oyunçu tapmaqdır.
- Daha doğrusu, o, 13 gün ərzində U-21-in toplanış keçməsini lüzumsuz sayıb…
- Birincisi, onu qeyd edim ki, Avstriya toplanışı 13 gün deyil. Ora martın 17-si gedib 27-də bura qayıdacağıq. İkincisi, həmin ərəfə beynəlxalq oyunlar günüdür. Mən isə oyunçularımın nəyə qadir olduğunu bilmək üçün onları yoxlamalıyam. FİFA-nın təqvimində U-21-lər üçün oyunlar nəzərdə tutulubsa, mən də bu imkandan yararlanmalıyam, futbolçularımı bir araya gətirməliyəm. FİFA-nın təqvimində beynəlxalq oyunlar günüdürsə, deməli, “Neftçi” də həmin futbolçuları sərbəst buraxmağa borcludur. Başqa klublar da U-21-ə oyunçu verib. Əslində, onu da başa düşürəm. Futbolçuların normal şəkildə istirahət etməsinə vaxtı qalmır. Ancaq məni də başa düşmək lazımdır. Mən ən yaxşı kollektivi formalaşdırmaq üçün komandanı bir araya gətirməliyəm. Bəxtsizlikdən və ya bəxtdən ən çox futbolçu “Neftçi”dən gəlib. Bu, klub üçün də sevindirici hal olmalıdır.
Səbuhi TOFİQOĞLU

0
0