Almaniya namizədliyini geri götürəcək
15.03.2013 - 20:35
Almaniya Futbol Federasiyası AVRO-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini geri götürəcək. Apasport.az saytının məlumatına görə, bu haqda sözügedən ölkənin futbol federasiyasından açıqlama gəlib.
Lakin almanlar hələ sentyabrın 7-ni gözləyəcək. Belə ki, bu tarixdə Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarının hansı şəhərdə keçiriləcəyini açıqlayacaq. Əgər Türkiyə Olimpiya Oyunlarına ev sahiblik etməyəcəyi təqdirdə, Almaniya Futbol Federasiyası namizədliyini geri götürəcək.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlin Avropanın 13 müxtəlif şəhərində keçiriləcək yarışı qəbul etmək üçün ötən gün namizədliyini irəli sürmüşdür.
Həmçinin AFFA tərəfindən Bakının da bu şəhərlərdən biri olmağa namizədliyi verilib.
2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrip mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək. Hər ölkə 2 sifariş edə bilər. Birincisi standart – 12 şəhərdən biri olmağa, digəri isə həlledici matçlar üçün.

0
0