İngilis klubu cərimələndi
15.03.2013 - 23:09
İngiltərənin Futbol Assosiasiyası “Sauthempton”u 20 min avro cərimələyib. Apasport.az saytının məlumatına görə, buna Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Norviç”ə qarşı oyunda komandanın oyunçularının davranışı səbəb olub.
Belə ki, sözügedən qarşılaşmada matçın baş hakimi oyunun sonlarında “Sauthempton”un qapısına penalti təyin edib. Qonaq komandanın futbolçuları isə referinin bu qərarına narazılıqlarını bildiriblər. Lakin “Sauthempton”un qapıçısı Artur Borusem penaltini dəf etməyi bacarıb.
Qeyd edək ki, “Norviç” - “Sauthempton” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0