Matteus favoritini açıqladı
15.03.2013 - 23:48
Matteus favoritini açıqladı
Almaniya yığma komandası və “Bavariya”nın abiq futbolçusu Lotar Matteus Çempionlar Liqasının 1/4 finalının püşk atmasının nəticələrindən sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, veteran oyunçu bu mərhələdə üz-üzə gələcək “Bavariya” – “Yuventus” qarşılaşmasında fovoritini açıqlayıb.

O, “Qoca Sinyora”nın güclü komanda olduğunu vurğulayıb: “Bu çox maraqlı cütlükdür. Və mən hesab etmirəm ki, “Bavariya” oyunda favoritdir. “Yuventus”un “Seltik”ə qarşı görüşlərinə baxdım və nəticə çıxartdım ki, bu çox güclü komandadır. Əgər bu mərhələdə “Yuventus” “Bavariya”nı keçəcəyi təqdirdə, onlar Çempionlar Liqasının qalibi olacaqlar. Belə qələbə özünə azarkeşlik və inamları verməyə bilmir”.

Qeyd edək ki, “Bavariya” ilə “Yuventus” ilk matçını aprelin 2-də Münhen şəhərində keçirəcək. Cavab oyun isə aprelin 10-da baş tutacaq.

Lotar Matteus karyerası ərzində “Bavariya” ilə Almaniya çempionu, ölkə kuboku və UEFA kubokuna sahib olub.