“Bursaspor” qazandı, “Əskişəhərspor” xal itirdi
16.03.2013 - 00:20
“Bursaspor” qazandı, “Əskişəhərspor” xal itirdi
Türkiyə Superliqasında 26-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın komandası “Əskişəhərspor” evində “Elazığspor”la münasibətlərinə aydınlıq gətirib. Görüşdə tərəflər hərəyə 2 dəfə fərqlənərək meydandan sülhlə ayrılıb – 2:2.

Günün digər matçında isə “Bursaspor”la “Trabzonspor” üz-üzə gəlib. Bu qarşılaşmada isə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Türkiyə Superliqasında 26-cı turun digər oyunları bu gün və sabah keçiriləcək.


Türkiyə Superliqası
26-cı tur
15 mart
“Əskişəhərspor” – “Elazığspor” - 2:2
Kamara, 13, Necati, 90-pen – Yedək, 42, Gürlər, 74

“Bursaspor” – “Trabzonspor” - 3:2
Batalla, 2; 35, Özbayrakl, 42 – Henrique, 11, Altintop, 22

16 mart
“İstanbul BB” – “Mersin İdmanyurdu”
“Gənclərbirliyi” – “Karabükspor”
“Beşiktaş” – “Kasımpaşa”

17 mart
“Akhisar BS” – “Sivasspor”
“Orduspor” – “Qaziantepspor”
“Kayserispor” - “Qalatasaray”
“Antalyaspor” – “Fənərbaxça”