Puyol ayın sonuna qədər sıradan çıxdı
16.03.2013 - 00:51
Puyol ayın sonuna qədər sıradan çıxdı
“Barselona”nın kapitanı Karles Puyol ayın sonuna qədər komandasına kömək edə bilməyəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, buna Kataloniya klubunun müdafiəçinin dizindəki zədə səbəb olub.

Belə ki, yaxın günlərdə Puyol dizindən cərrahiyyə əməliyyatı olunacaq. Hazırda bu barədə rəsmi informasiya yoxdur. Təcrübəli futbolçunun Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı oyunda iştirak edə biləcəyi isə onun bərpasının müddətindən asılıdır.

Qeyd edək ki, PSJ ilə ilk qarşılaşma aprelin 2-də Parisdə keçiriləcək. Cavab oyunu isə aprelin 10-da baş tutacaq.