Açılış oyun günündə bərabərlik
16.03.2013 - 02:45
Açılış oyun günündə bərabərlik
Almaniya Bundesliqasında 26-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir görüş baş tutub.

“Volfsburq” öz meydanında “Fortuna”nı sınağa çəkib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan tərəflər xalları yarı bölüb. Belə ki, komandalar hərəyə bir dəfə fərqlənərək meydandan 1:1 hesablı sülhlə ayrılıblar.

Qeyd edək ki, Almaniya Bundesliqasında 26-cı turun digər oyunları bu gün və sabah keçiriləcək.


Almaniya Bundesliqası
26-cı tur
15 mart
“Volfsburq” – “Fortuna” - 1:1
Oliç, 52 – Bolli, 37

16 mart
“Borussiya” (Dortmund) – “Frayburq”
“Hamburq” – “Ausburq”
“Hoffenhaym” – “Mayns”
“Nurnberq” – “Şalke”
“Verder” – “Qroyter Fyurt”
“Bayer” – “Bavariya”

17 mart
“Ayntraxt” – “Ştutqart”
“Borussiya” (Münhenqladbax) – “Hannover”