“Marsel” yenə xal itkisi ilə üzləşdi
16.03.2013 - 03:38
“Marsel” yenə xal itkisi ilə üzləşdi
Fransa çempionatında 29-cu turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.

Çempionluğa iddialı “Marsel” evində “Ayaçço”nu qonaq edib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Beləliklə, “Marsel” ötən tur olduğu kimi yenə xal itirib.

Qeyd edək ki, Fransa çempionatında 29-cu turun digər oyunları bu gün və sabah keçiriləcək.

Fransa çempionatı
29-cu tur
15 mart
“Marsel” – “Ayaçço” - 0:0

16 mart
“Bastiya” – “Lion”
“Lill” – “Evian”
“Loryan” – “Brest”
”Monpelye” – “Troye”
“Reyms” – “Renn”
“Soşo” – “Valensyen”

17 mart
“Nansi” – “Nitsa”
“Tuluza” – “Bordo”
“Sent-Etyen” - PSJ