Elhad Nəziri komandasında debüt edə bilər
16.03.2013 - 04:47
Bu gün Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin komandası “Petrolul” ölkə çempionatında növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimizin qışda transfer olunduğu komandası Rumıniya çempionatının 23-cü tur çərçivəsində Buxarest “Dinamo”su ilə üz-üzə gələcək.
“Petrolul” rəqibi ilə doğma azarkeşləri önündə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Nəziri yığma komandamızın düşərgəsinə gəlməmişdən öncə, yeni klubunda debütünü rəsmiləşdirə bilər. Onun bu qarşılaşmada meydana çıxması gözlənilir.
Qeyd edək ki, “Petrolul” keçirdiyi 22 oyundan sonra 38 xal toplayıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Aktivində 39 xal olan “Dinamo” isə 4-cü sıradadır.

0
0