“Bu mərhələdə asan komanda yoxdur”
16.03.2013 - 05:20
“Bu mərhələdə asan komanda yoxdur”
“Malaqa”nın futbolçusu Xoakin Sançes Çempionlar Liqasında 1/4 finalın püşk atma mərasiminin nəticəsindən sonra Dortmund “Borussiya”sı ilə qarşılaşacaqları oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu bu mərhələdə heç bir komandanın asan görüş keçirməyəcəyini dilə gətirib.

İspaniya millisinin sabiq üzvü yarımfinal mərhələsinə keçmək üçün çox çalışacaqlarını ifadə edib: “Bu mərhələdə asan komanda yoxdur. Amma püşkdən məmnun qaldıq. “Borussiya” belə matçlarda təcrübəlidir. Onlara hörmətimiz var və Dortmund komandası güclü bir kollektivdir. Yarımfinala keçmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Malaqa” ilə Dortmund “Borussiya”sı arasında ilk oyun aprelin 2-də keçiriləcək.