“Qarabağ” “Turan”ı məğlub etdi
23.03.2013 - 23:55
“Qarabağ” “Turan”ı məğlub etdi
Milli komandaların DÇ-2014-ün seçmə oyunlarında iştirakı ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” məşqlərini tam heyətlə keçə bilmir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, arada yaranan boşluğu doldurmaq üçün Ağdam təmsilçisi bugün yoxlama oyununa çıxıb.

“Qarabağ”ın rəqibi isə “Turan” olub. Qarşılaşama Qurban Qurbanovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Opara ilə Riçard fərqlənib.