“Rəvan” “Bakı”ya yenə uduzdu
24.03.2013 - 00:35
“Rəvan” “Bakı”ya yenə uduzdu
Milli komandaların DÇ-2014-ün seçmə oyunlarında iştirakı ilə əlaqədar yaranmış fasilədən yararlanan “Rəvan” yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “uçan aslanlar”ın rəqibi “Bakı” olub.

“Rəvan” Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turunda da görüşdüyü “zolaqlılara” yenə 1:2 hesabı ilə uduzub.

“Bakı”nın heyətində Pena ilə Rəhman Hacıyev fərqlənib. Oyunda “Rəvan”ın yeganə qoluna isə Miloş Adamoviç imza atıb.