Yığmamız Avstriyada heç-heçə etdi
24.03.2013 - 11:31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın qolunu Araz Abdullayev vurub.
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Macarıstanın “Haladas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Mənbə: affa.az
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Macarıstanın “Haladas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Mənbə: affa.az
0
0