Foqts balansı dəyişdi
24.03.2013 - 12:10
Foqts balansı dəyişdi
Azərbaycan milli komandasının indiki baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında keçirdiyi oyunlarda uduzmadığı oyunların sayı məğlub olduqları qarşılaşmaları keçib. Apasport.az saytının məlumatına görə, bu balans DÇ-2014-ün Lüksemburqla səfərdə keçirilən səfər matçında dəyişib.

Bu qarşılaşmayadək 54 görüşün yarısında məğlubiyyət acısı yaşayan baş məşqçi 27 dəfə yetirmələrinin uduzmamağına şahid olmuşdu. Lüksemburqdakı qolsuz heç-heçə isə almaniyalı ilə uduzmadığımız 28-ci matç oldu.

Qeyd edək ki, ümumilikdə millimizin uduzduğu oyunlar məğlub olmadığı matçlarla müqayisədə xeyli çoxdur. 109 dəfə meydanı başıaşağı tərk edən komandamız 85 dəfə uduzmamağına sevinib.