Ronaldodan “Bakı”nın hücumçusuna hədiyyə
24.03.2013 - 15:09
DÇ-2014-ün seçmə oyununda Azərbaycan milli komandasının qonağı olacaq Portuqaliya yığması ölkəmizdə növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, pireneylilər "Bakı" klubunun təlim-məşq bazasının stadionunda hazırlıq keçib.
Bu gün saat 11-də adıçəkilən məkanda bir araya gələn Portuqaliya millisini tam heyətlə məşq edib. İspaniya "Real"ının dünya şöhrətli ulduzu Kriştianu Ronaldo da klub bazasında hazırlıq keçən komandanın heyətində yer alıb.
Təxminən, 90 dəqiqə davam edən məşqi Portuqaliya mediasının nümayəndələri ilə bərabər yüzlərlə azarkeş izləyib. İsinmə hərəkətlərinin ardından topla təmrinlər yerinə yetirən qonaqlar məşqi standart vəziyyətlərin icrası ilə tamamlayıblar.
Portuqaliya milli komandasını futbolçuları və texniki heyət nümayəndələri klub bazasının infrastrukturu ilə tanışlıqdan sonra yaradılan şəraiti yüksək qiymətləndirərək, "Bakı" rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Bu gün Portuqaliya milli komandasının heyətində "Bakı" klubunun təlim-məşq bazasında məşqə çıxan Ronaldo daha bir jesti ilə diqqət mərkəzinə düşüb. O, "Bakı"nın U-17 komandasının hücumçusu Valeh Seyidova xüsusi hədiyyəsini təqdim edib.
Ronaldo ötən mövsüm U-17 liqasında vurduğu 40 qolla bombardir titulu qazanan gənc futbolçuya şəxsən imzaladığı "Real" idman köynəyini hədiyyə edib. Valeh də öz növbəsində Ronaldoya "Bakı"nın idman geyimi və xatirə hədiyyəsi verib.

0
0