Pireneylilər “Bakı”dan razı qaldı
24.03.2013 - 16:37
Pireneylilər “Bakı”dan razı qaldı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığması oyunun hazırlıqlarını 2 gün “Bakı”nın bazasında gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, martın 23-24-də məqşlərini bu məkanda keçirən pireneylilər yaradılan şəraitdən razı qalıb.

Buna görə klub rəhbərliyinə təşəkkürlərini bildirən portuqaliyalılar bazada gördüklərindən məmnun qaldıqlarını və bir Azərbaycan klubunun belə bir şəraitə malik olduğunu gözləmədiklərindən təəccübləndiklərini ifadə ediblər.

Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Suares Qomes “Bakı”nın icraçı direktoru Yaşar Seyidova xatirə plakati təqdim edərək, qonaqpərvərlik və yaradılan ideal şərait üçün şəxsi təşəkkürlərini klubun prezidenti Hafiz Məmmədova çatdırılmasını xahiş edib.