Portuqaliya yığması üçün 6-cı dəfə
24.03.2013 - 17:23
Portuqaliya yığması üçün 6-cı dəfə
Azərbaycan milli komandasının martın 26-da qarşılaşacağı Portuqaliya yığması üçün də bu tarix o qədər uğurlu deyil. Apasport.az saytının məlumatına görə, pireneylilər DÇ-2014-ün seçmə oyununa qədər 5 dəfə bu gündə meydana çıxıb.

Bunların yalnız ikisində qalib gələn rəqibimiz yalnız 1 dəfə meydanı qol buraxmadan tərk edib. Bu da məhz millimizlə 1999-cu ildəki matçda baş verib. Həmin qarşılaşmadakı 7:0-dan başqa portuqaliyalılar Kanada üzərində də qələbə qazanıb.

Martın 26-dakı son 2 matçında qələbə qazana bilməyən pireneylilər 33 il əvvəl darmadağına da üzülüb.

1980. Şotlandiya - Portuqaliya – 4:1
1999. Portuqaliya – Azərbaycan – 7:0
2005. Portuqaliya – Kanada – 4:1
2008. Portuqaliya – Yunanıstan – 1:2
2011. Portuqaliya – Çili – 1:1