Aquero “Barselona”ya keçə bilər
24.03.2013 - 21:50
Aquero “Barselona”ya keçə bilər
“Barselona” “Mançester Siti”nin futbolçusu Serxio Aqueronu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

Belə ki, Kataloniya təmsilçisi klubunun hücumçusu David Vilya ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir. Lakin 31 yaşlı oyunçu “Barsa” rəhbərliyi ilə müqaviləsini yeniləməyəci təqdirdə, onlar argentinalı forvardı heyətinə qatmaq üçün ingilis klubuna transfer təklifi göndərəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildə “Atletiko”dan “Mançester Siti”yə transfer edilib. O, bu klubun heyətində 57 oyunda meydana çıxıb və 32 qol vurub.