“Çelsi”dən heç kəs mənimlə danışıqlar aparmayıb”
25.03.2013 - 00:52
“Çelsi”nin sabiq futbolçusu və hazırda İngiltərənin “Uotford” klubunu çalışdıran Canfranko Zola onun “zadəganlar”ın “sükanı arxasına” keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bunların doğru olmadığını ifadə edib.
O, ingilis mətbuatına müsahibəsində bildirib ki, iş haqqında London klubunun rəhbərliyi ilə danışıqlar aparmayıb. “Çelsi”dən heç kəs mənimlə bu barədə söhbət etməyib. Mən hörmətlə “Uotford”a aidəm və burada başlanmış işi qurtarmaq niyyətindəyəm. Bilmirəm ki, gələcəkdə məni nə gözləyir. Amma hələ ki özünü məşqçi kimi göstərməyə məcburam. O iş mənim xoşuma gəlir. Hazıra biz hamımız “Uotford”da birlikdə çalışırıq”.
Qeyd edək ki, Canfranko Zola 1996-2003-cü illərdə “Çelsi”nin şərəfini qoruyub. O, 229 oyunda 59 qola imza atıb.

0
0