Xordi Alba bir müddət yaşıl meydanlardan uzaq düşəcək
25.03.2013 - 01:10
Xordi Alba bir müddət yaşıl meydanlardan uzaq düşəcək
“Barselona”nın müdafiəçisi Xordi Albanın Kataloniya klubunun Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyun günündə PSJ ilə qarşılamada meydana çıxa bilməsi sual altındadır. Apasport.az saytının məlumatına görə, buna İapaniya millisinin üzvünün martın 22-də DÇ-2014-ün seçmə mərhələsində Finlandiya (1:1) yığmasına qarşı oyunda zədələnməsi səbəb olub.

Belə ki, Alba 7-10 gün arası yaşıl meydanlardan uzaq düşəcək. Xordi həmçinin martın 26-da keçiriləcək İspaniya - Fransa matçında da forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Barselona”nın Paris təmsilçisi ilə ilk oyunu aprelin 2-də baş tutacaq.