Balotellinin yeganə peşmançılığı
25.03.2013 - 02:18
Balotellinin yeganə peşmançılığı
Martın 26-da DÇ-2014-ün seçmə mərhələsində Malta yığması ilə qarşlaşacaq İtaliya millisinin hücumçusu Mario Balotelli maraqlı fikrilər səsləndirib. Apasport.az saytının məlumatına görə, “Milan”ın forvardı ölkəsindəki artan məşhurluğunu yığma komandaya borclu olduğunu bildirib.

Balotelli Avro-2012-dən sonra məşhur olduğunun fərqindədir: “İnsanların çoxu məni sevir. Amma hamısı deyil. Avro-2012-dən sonra məşhur olduğumu fərq etdim. İtaliya milli komandasının sayəsində digər ölkələrdə də azarkeşlərim meydana gəlməyə başladı. Bunu görə bilirəm. Yığma mənim gözümdə xüsusi bir mövqeyə sahibdir. Bunu deyə bilmərəm. Çünki hər şeyin üzərində bir duyğu var”.

Mario Françesko Tottinin milli komandaya qayıtmaq ehtimalı ilə əlaqədar olaraq isə bunları ifadə edib: “Totti bəlkə də yığmanın formasını yenidən geyər. O bir fenomendir. Mən onunla birlikdə oynamaq istəyirəm. Komanda içərisində belə xüsusi oyunçulara sahib olmaq hər zaman yaxşıdır”.

O, meydanda və meydandan kənarda bir çox hadisələrlə yadda qalıb. Buna baxmayaraq 22 yaşlı oyunçu yalnız tək bir peşmançılıq çəkdiyini vurğulayıb: “Həyatımda yalnız bir şeyi yenidən etməkdən çəkindim. O da “İnter”in formasını yerə atmaq olub”.