Bekhem: Çin səfəri mənim xoşuma gəldi
25.03.2013 - 02:45
Bekhem: Çin səfəri mənim xoşuma gəldi
Bildiyiniz kimi, PSJ-nin yarımmüdafiəçisi Devid Bekhem Çin futbolunun səfiri təyin edilib. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının sabiq üzvü bir neçə gün bundan əvvəl Asiya təmsilçisinə səfər edib.

Burada isə o xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, zərif kostyumda və ayaqqabılarla stadiona daxil olan Devid topa zərbə vuran zaman yerə yıxılıb.

37 yaşlı oyunçu isə bu mövzu ilə əlaqədar belə cavab verib: “Çin səfəri mənim xoşuma gəldi. Mənə şəhərləri göstərirdilər və ora çox gözəl idi. Ancaq kostyumda meydana çıxmaq lazım deyildi. Gərək bunu etməzdim. Topa vurmazdan əvvəl butsları geyiməli idim”.