Kavani “Napoli”ni tərk edə bilər
25.03.2013 - 03:14
“Napoli”nin futbolçusu Edinson Kavani mövsümün sonunda komandadan ayrılacağı ilə əlaqədar yayılan xəbərlərə ilk dəfə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Uruqvay milli komandasının hücumçusu ölkəsində jurnalistlərə verdiyi müsahibədə yaxın gələcəkdə İtaliya klubunu tərk etmə ehtimalının olduğunu bildirib.
O, buna klubun prezidentinin qərarından asılı olduğunu vurğulayıb: “Futbol bir biznesdir. “Mən Neapolda özünü əla hiss edirəm. Azarkeşlər də məni sevirlər. Mən də həmçinin oları çox sevirəm. Buna baş məşqçimiz və klub prezidentimiz də daxildir. “Napoli”də bir problemim yoxdur. Ancaq gələcəkdə nələr olacağını da bilmirəm. Bu, prezidentimizin qərarından asılı olacaq”.
Qeyd edək ki, “Napoli”nin rəhbəri Aurelio de Laurentis bir müddət əvvəl Kavanini almaq istəyən komanda 70 milyon avrosundan keçmək məcburiyətindədir ifadəsini işlədib.

0
0