Halk Rusiya ilə matça ehtiyatda başlayacaq
25.03.2013 - 03:41
Braziliya millisinin baş məşqçisi Luiza Felipe Skolari DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığma komandasının rəqibi olan Rusiya ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Zenit”in formasını geyinən Halkı ehtiyatda saxlayacaq.
Braziliya yığmasının start heyətdə meydana çıxacaq oyunçuları bunlardır: Julio Sezar, Dani Alveş, Tiaqo Silva, David Luis, Marselo, Fernando, Ernanes, Oskar, Kaka, Neymar, Fred.
Qeyd edək ki, Rusiya - Braziliya oyunu martın 25-də baş tutacaq. Matç Londonun “Stemford Bric” stadionunda keçiriləcək.

0
0