“Barselona” və “Real”ın müdafiəçiləri millinin heyətində dalaşdılar
25.03.2013 - 04:12
“Barselona” və “Real”ın müdafiəçiləri millinin heyətində dalaşdılar
“Barelona” və “Real”ın futbolçuları arasında münaqişə baş verib. Apasport.az saytının məlumatına görə, bu, DÇ-2014-ün seçmə mərhələsində Finlandiya ilə matçdan sonra yaşanıb.

Belə ki, sözügedən qarşılaşmadan sonra Kataloniya klubunun mərkəz müdafiəçisi Xerard Pike ilə Madrid təmsilçisinin oyunçusu Alvaro Arbeloa bir-biri ilə bir neçə dəqiqə ərzində mübahisə ediblər. Daha sonra komanda yoldaşları onları ayırıblar.

Qeyd edək ki, son dünya və Avropa çempionları Finlandiya ilə doğma publika önündə 1:1 hesablı heç-heçəyə razılaşıblar.