Deşam Varanı təriflədi
25.03.2013 - 07:20
Deşam Varanı təriflədi
Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının və “Real”ın gənc müdafiəçisini tərifləyib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis son günlər Madrid klubunun heyətində göstərdiyi oyunla bütün diqqətləri özünə cəlb edən Rafael Varandan ağızdolusu danışıb.

Deşam 19 yaşlı futbolçunun “Mançester Yunayted” və “Barselona” ilə matçlarda özünü yaxşı tərəfdən göstərdiyini bildirib: “Fransada çox yaxşı mərkəz müdafiəçilər olub - Blan, Turam, Desayi. Amma Varan tamamilə başqadır. Mən heç kəsin yadına salmayacağam, o, kimə oxşayır. Çünki Rafaelin cəmi 19 yaşı var. Buna görə o, Madrid “Real”ı və Fransa yığması üçün oynayır. Müdafiəçi kimi o, çox ağıllı oyunçudur. Varan klubunun heyətində Pepeni əvəz etdi. Bəli, onun oyunda irəliləmələr olur. O, “Mançester Yunayted” və “Barselona” ilə matçlarda özünü yaxşı tərəfdən göstərdi”.

Qeyd edək ki, Fransanın yığması martın 26-da son dünya və Avropa çempionu İspaniya millisi ilə qarşılaşacaq.