Ufuk Budak Necati Atəşlə birgə futbol oynadı - FOTO
25.03.2013 - 10:42
Milli komandamızın müdafiəçisi Ufuk Budak “Əskişəhərspor”un 2-ci komandasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə bağlı Türkiyə Superliqasında yaranan fasiləyə görə, baş məşqçi Ərsun Yanal əvəzedici komandaya əsas heyətin bir neçə üzvünün kömək etməsinə şərait yaradıb.
Bunlardan Ufuk Budakdan başqa, Necati Atəş və Sərvət Çətin kimi tanınmış simalar da var. Onlar “Skaryaspor”a qarşı meydanda olub. Ufuk ilk dəqiqələrdən meydanda olub. Ancaq fasilədən sonra o, müdafiəçi Veysəl Sarı ilə əvəzlənib.
“Sakaryaspor”la görüşdə məhz heyətin təcrübəli olması hesabda da əksini tapıb. Belə ki, “EsEs” rəqibini darmadağın edib – 5:1. “Əskişəhərspor”dan qolları Atde Nuhiyu, Necati Atəş, Mehmet Güvən və Veysəl vurub. Alban mənşəli avstriyalı hücumçu Nuhiyu dubl edib. Rəqib isə yeganə qolunu 79-cu dəqiqədə penaltidən vurub.

0
0