“Petrolul” Elhad Nəzirisiz də qalib gələ bilir
25.03.2013 - 10:57
Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” milli komandaların oyunları ilə əlaqədar olaraq Rumıniya çempionatında yaranmış fasilədən yararlanaraq yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “neftçilər” aşağı dəstə təmsilçisi “Unirya” ilə gücünü sınayıb.
Ancaq Sloboziya təmsilçisi ilə görüş əvvəlcədən nəzərdə tutulduğundan 1 saat tez başlayıb. Qarşılaşma Nəzirinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Petrolul”dan hər 3 qolu tunisli hücumçu Hamza Yunes vurub. Rəqib isə yalnız 90-cı dəqiqədə təsəlli qoluna imza atıb.
Qeyd edək ki, Elhad Nəziri milli komandanın düşərgəsində olduğundan, bu görüşün iştirakçısı olmayıb.

0
0