Millimiz Estoniyanı sülhlə tərk edir
25.03.2013 - 11:26
19 yaşadək futbolçulardan ibarət yığma komandamız Finlandiya və Estoniyada keçdiyi təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri son yoldaşlıq görüşünü Estoniya U-19-na qarşı keçirib.
92 nəfərin izlədiyi görüş heç-heçə ilə nəticələnib – 1:1. Görüşdə hesabı 7-ci dəqiqədə Finlandiyanın “Abo İFK” klubunun üzvü Kevin Kauber açsa da, 15-ci dəqiqədə “Sumqayıt”ın hücumçusu Ruslan Nəsirli tarazlığı bərpa edib.
Qeyd edək ki, Arif Əsədovun yetirmələri toplanış çərçivəsində Finlandiya U-18-nə 0:1 uduzub, Estoniya U-17-ni isə darmadağın edib – 4:0. Sonuncu oyunda Ruslan Nəsirli dubl etmişdi.

0
0