“Azərbaycanla həlledici görüşdə ilk pilləni təmin edə bilərik”
25.03.2013 - 13:15
“Biz qarşımıza ən yüksək hədəfləri qoymalıyıq. İstəyirik ki, qrup mərhələsini ilk pillədə başa vuraq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Slovakiya milli komandasının kapitanı Ladislav Mikita deyib.
Seçmə mərhələ öncəsi baş məşqçi Yan Yanik və Mikita mətbuat konfransı keçirib. “Slov-Matik FOFO”nun üzvü 2-ci yerin də onlara sərf etdiyini bildirsə də, ilk pilləni tutub 2014-cü ilin əvvəllərində Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq istədiklərini jurnalistlərin nəzərinə çatdırıb.
Onun fikrincə, qrupun sonuncu görüşündə milli komandamızla oyun qrup birinciliyi uğrunda həlledici matç olacaq: “Bunun üçün ilk 2 matçda 6 xal qazanmalıyıq. Ürəkdən inanıram ki, ilk 2 görüşdə 6 xal qazansaq, Azərbaycanla həlledici görüşdə ilk pilləni təmin edə bilərik. Azərbaycanla final görüşünə kimi isə o biri rəqiblərimizə də hörmətlə yanaşmalıyıq”.
Qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qrup mərhələsinin oyunları martın 27-də start götürəcək. Meydan sahibləri millimizlə martın 30-da, Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaq.

0
0