Millimizin oyununa uşaq və tələbələr biletsiz buraxılacaq
25.03.2013 - 13:50
“Turnir bayram əhval-ruhiyyəsində keçməlidir. Çalışırıq ki, ölkənin hər yerindən əhalini tribunalara cəlb edək”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya Futzal Federasiyasının (SFF) prezidenti Yuray Totka deyib.
Martın 27-dən 30-dək Slovakiyanın paytaxtı Bratislavada 2014-cü ildə Belçikada keçiriləcək Avropa çempionatının seçmə qrup oyunları təşkil olunacaq. SFF prezidenti komandaya dəstək olmaq üçün tribunalara çox sayda azarkeş cəlb etmək niyyətindədir.
Totka bunun üçün uşaq və tələbələrin “Hant” arenasına gəlib pulsuz oyunlara tamaşa edə biləcəyini bildirib: “Biz oyunlara giriş biletlərinin qiymətini çox aşağı etmişik. Bundan başqa, uşaq və tələbələr pulsuz arenaya girə bilər. İnanırıq ki, Bosniya və Herseqovina ilə ilk oyunda yaxşı nəticə qazansaq, Norveç və Azərbaycanla oyunlarda daha çox azarkeşi tribunada görəcəyik”.

0
0