“Neftçi” və “Rəvan”ın oyunçuları nəyə üzüldü?
25.03.2013 - 14:40
Syerra-Leone yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində B qrupunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Leone ulduzları” Afrika qitəsinin güclülərindən sayılan Tunisin qonağı olub.
Bu görüşdə “Neftçi”nin futbolçusu Culius Vobay, “Rəvan”ın dayaq yarımmüdafiəçisi Samuel Barlay, eləcə də “uçan aslanlar”ın qışda yollarını ayırdığı Şeriff Suma ilk dəqiqələrdən meydanda olub. Yalnız Vobay 69-cu dəqiqədə Lars-Ulof Matsson tərəfindən əvəzlənib. İsveçli baş məşqçi daha yaxşı tanıdığı “Örebru”nun hücumçusu Alhassan Kamaranı meydana buraxıb.
Bu gediş özünü doğruldub. Məhz 20 yaşlı hücumçu meydana daxil olduqdan 5 dəqiqə sonra fərqlənib. Bununla belə, Syerra-Leone meydanı 1:2 hesablı yenilgi ilə tərk edib.
Qeyd edək ki, bu oyuna “Bakı”nın müdafiəçisi İbrahim Karqbo çağırılmayıb. AZAL-ın əslən nigeriyalı olan futbolçusu Viktor İbekoyi isə zədəli olduğundan, görüşdə iştirak etməyib.

0
0