“Tərəqqi” “Qala”nı darmadağın etdi
25.03.2013 - 20:14
“Tərəqqi” “Qala”nı darmadağın etdi
Bu gün Azərbaycan I Divizionunda 18-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə bir görüş baş tutub.

“Tərəqqi” səfərdə “Qala”nın qonağı olub. Görüş Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4.

Qeyd edək ki, bu turun digər qarşılaşmaları ötən günlərdə keçirilmişdi.

I Divizion
18-ci tur
25 mart
Qala - Tərəqqi – 0:4
Mustafa Əsədov, 1, Orxan Əlibalayev, 37; 56-pen, Vüsal Həsənov, 76